Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.
Prezident qeyd edib ki, Azərbaycanın xarici borcu ÜDM-in 6,1 faizinə bərabərdir:
"Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfıra endirə bilərik. Lakin təbii ki, əlavə investisiyalara böyük ehtiyac var. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. İnvestisiya prioritetləri aydındır. Biz bunu artıq qismən müzakirə etmişik və müzakirə etməyə davam edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31