AZ

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlər Azərbaycan-Latviya biznes-forumunda – FOTO


Prezident qeyd edib ki, Azərbaycanın xarici borcu ÜDM-in 6,1 faizinə bərabərdir:

"Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfıra endirə bilərik. Lakin təbii ki, əlavə investisiyalara böyük ehtiyac var. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. İnvestisiya prioritetləri aydındır. Biz bunu artıq qismən müzakirə etmişik və müzakirə etməyə davam edəcəyik".

Bizim.Media

Seçilən
46
8
bizim.media

10Mənbələr