AZ

Azərbaycanın turizm imkanları Almaniyada təbliğ olunub | FOTOLAR


100-dən çox turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim olunub. İştirakçılara şəhər turları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları və qış turizmi imkanları barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.


Silsilə tədbirlərdə iştirak Almaniya turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın bu bazarda mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.


Qeyd edək ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Almaniyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76,5% artaraq 5 024 nəfər təşkil edib.
Seçilən
19
6
azvision.az

7Mənbələr