AZ

Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub

Azərbaycan Turizm Bürosu (ATB) 20-22 aprel tarixlərində Almaniyanın Vürzburq, Frankfurt və Trir şəhərlərində təşkil olunan silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını təqdim edib.

“İki sahil” xəbər verir ki, 100-dən çox turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim olunub. İştirakçılara şəhər turları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları və qış turizmi imkanları barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.

Silsilə tədbirlərdə iştirak Almaniya turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın bu bazarda mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Almaniyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76,5% artaraq 5 024 nəfər təşkil edib.

Seçilən
31
6
ikisahil.az

7Mənbələr