AZ

Süni intellekt vasitəsilə “insan yaratdı” və xeyli pul qazandı

Amerikanın konservativ həyat tərzi ruhunda paylaşımları ilə tanınan və milyonlarla baxış toplayan bloqer Emili Hartın əslində tamamilə süni intellekt vasitəsilə yaradılmış obraz olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, “New York Post”un məlumatına görə, bu obrazın arxasında Hindistandan olan 22 yaşlı tibb tələbəsi dayanıb.

Araşdırmada bildirilir ki, o, süni intellekt alətlərinin köməyi ilə rəqəmsal bir şəxsiyyət yaradıb və bunu internetdə tənha yaşayan istifadəçilərə hesablanmış biznes modelinə çevirib.
 

Virtual “influ­enser” ABŞ bayrağı üslubunda fotolar, silahlar, ənənəvi dəyərlər və təxribat xarakterli şüarlar ətrafında kontent paylaşaraq qısa müddətdə sosial şəbəkələrdə populyarlıq qazanıb.


Məlumata görə, hesab az vaxtda on minlərlə izləyici toplayıb, bəzi paylaşımlar isə milyonlarla baxış əldə edib.

Obrazın yaradıcısı layihədə, o cümlədən Google-a məxsus modellər daxil olmaqla generativ süni intellekt alətlərindən istifadə edib. Daha sonra isə layihəni ödənişli kontent platformaları vasitəsilə monetizasiya edib.

Jurnalistlərin məlumatına əsasən, bu layihə ona ayda bir neçə min dollar qazandırıb və buna çox az vaxt sərf olunub.

Sonradan həmin şəxs etiraf edib ki, auditoriyanın uydurulmuş bir insana bu qədər tez inanmasına özü də təəccüblənib.
 

Rəqəmsal texnologiyalar üzrə ekspertlər bildirirlər ki, bu cür hallar getdikcə daha çox yayılır. Onların sözlərinə görə, müasir süni intellekt modelləri real insanlardan seçilməsi çətin olan virtual personajlar yaratmağa imkan verir.


Sonda hesab aldadıcı məzmunla bağlı qaydaların pozulmasına görə platforma tərəfindən silinib.

Bu hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub və bir daha belə bir sualı gündəmə gətirib: bu gün süni intellekt vasitəsilə “insan yaratmaq” və onu heç nədən şübhələnməyən auditoriyaya təqdim etmək nə qədər asandır?

Bizim.Media

Seçilən
56
20
bizim.media

10Mənbələr