Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
İranın silahlı qüvvələri ABŞ və İsrail tərəfindən mümkün yeni hücumlara qarşı ölkəni müdafiə etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlama verib.
“İran İslam Respublikası bu məcburi müharibənin təşəbbüskarı olmayıb və ölkənin bütün addımları ABŞ və sionist rejiminin (İsrail) hərbi təcavüzünə qarşı qanuni müdafiə hüququnun həyata keçirilməsinə yönəlib. Bu çərçivədə İran İslam Respublikası həm döyüş meydanında, həm də siyasi müstəvidə baş verən hadisələri diqqətlə izləyərək milli təhlükəsizliyini və maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcək. Silahlı qüvvələr isə ayıq-sayıqlığı qoruyaraq, İranın ərazi bütövlüyünü hər cür təhdid və düşmən fəaliyyətindən qətiyyətlə müdafiə etməyə hazırdır”, - deyə o qeyd edib.
Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan etdiyini bildirib. İran tərəfinin məlumatına əsasən, 40 gün davam edən müharibə ərzində ABŞ və İsrailin zərbələri nəticəsində 3 375 iranlı həlak olub.
Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ prezidenti atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımır və bundan sonra öz maraqlarına uyğun hərəkət edəcək.
Tramp isə İranın danışıqlara qayıtması üçün bir neçə günü qaldığını bildirib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.