ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin müddətsiz müddətə uzadıldığını açıqlayıb. Tramp bu qərarı marşal Asim Munirin və Pakistanın baş naziri Şahbaz Şərifin xahişi qəbul etdiyini deyib.
“Bizdən İran liderləri və nümayəndələri vahid təklif təqdim edənə qədər hücumumuzu təxirə salmağımız istənildi.
Buna görə də, mən hərbçilərimizə blokadanı davam etdirməyi və bütün digər aspektlərdə hazır qalmağı tapşırdım, həmçinin bir təklif təqdim olunana və danışıqlar müəyyən bir şəkildə başa çatana qədər atəşkəsi uzadacağam" – deyə ABŞ prezidenti bildirib.
Lakin İran atəşkəsin uzadılmasını qəbul etmədiyini açıqlayıb. İran dövlət televiziyasının bu barədə yaydığı açıqlamada deyilir: "İran atəşkəsin uzadılmasını tanımır və milli maraqlarına əsaslanaraq ona riayət edib-etməmək barədə qərar verəcək".
İran mediası isə İranın Pakistan vasitəsilə ABŞ-la danışıqlar üçün bu gün İslamabada getməyəcəyini bildirib.
Tahir TAĞIYEV