ABŞ Prezidenti Donald Tramp Pakistan rəhbərliyinin müvafiq xahişi ilə İranla atəşkəs rejiminin uzadıldığını bəyan edib.
Qaziler.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Eyni zamanda, Ağ Ev rəhbərinin sözlərinə görə, İran limanlarının blokadası qüvvədə qalacaq.
"Asim Munirin və Pakistanın Baş naziri Şahbaz Şərifin onun liderləri və nümayəndələri vahid təklif hazırlayana qədər İrana hücumları dayandırmaq xahişinə əsasən, mən hərbçilərimizə blokadanı davam etdirməyi və bütün digər cəhətlərdən hazır və fəaliyyət qabiliyyətli qalmağı tapşırdım, beləliklə, onların təklifi təqdim edilənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzadıram", - Tramp qeyd edib.