AZ

“Zirə”nin sabiq futbolçusu Azərbaycana QAYIDIR

ain.az, Bizim media saytına istinadən bildirir.

"Zirə"nin sabiq futbolçusu Salifu Suma yenidən Azərbaycana qayıda bilər.Bizim.Media xəbər verir ki, “Malmö”nün hücumçusu ümidləri doğrulda bilməyib.“Malmö” qvineyalı forvardı mövsümün əvvəlində “Zirə”dən 1,3 milyon avro qarşılığında böyük ümidlərlə transfer edib. Lakin 22 yaşlı oyunçu yeni komandasında əsas heyətə düşə bilməyib.Bu da Sumanın dəyərini ikiqat azaldıb. Suma qış fasiləsində Polşa klubu “Radomyak”a icarəyə verilsə də, Ekstraklasada da istənilən performansı ortaya qoya bilmir. Futbolçu mövsümün sonunda “Malmö”yə qayıtmalıdır. Lakin isveçlilər onu saxlamağı planlaşdırmır.Məlumatda vurğulanıb ki, Suma Azərbaycanla yanaşı, başqa bir neçə ölkədən təklif alıb.Onun “Malmö” ilə müqavilə müddəti 2029-cu ilin sonuna qədərdir.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
bizim.media

3Mənbələr