AZ

Suma Azərbaycana qayıdır

"Zirə"nin sabiq futbolçusu Salifu Suma yenidən Azərbaycana qayıda bilər.

Sportal.az "futbolinfo.az"a istinadən xəbər verir ki, “Malmö”nün hücumçusu Allsvenskanda ümidləri doğrulda bilməyib. Bildirilib ki, “Malmö” qvineyalı forvardı mövsümün əvvəlində “Zirə”dən 1,3 milyon avro qarşılığında böyük ümidlərlə transfer edib.

Lakin 22 yaşlı oyunçu yeni komandasında əsas heyətə düşə bilməyib. Bu da Sumanın dəyərini ikiqat azaldıb. Suma qış fasiləsində Polşa klubu “Radomyak”a icarəyə verilsə də, Ekstraklasada da istənilən performansı ortaya qoya bilmir. Futbolçu mövsümün sonunda “Malmö”yə qayıtmalıdır.

Lakin isveçlilər onu saxlamağı planlaşdırmır. Məlumatda vurğulanıb ki, Suma Azərbaycanla yanaşı, başqa bir neçə ölkədən təklif alıb. Onun “Malmö” ilə müqavilə müddəti 2029-cu ilin sonuna qədərdir.

saytlarin hazirlanmasi

Seçilən
20
sportal.az

1Mənbələr