AZ

"İndi toylarda gəlinlə bəy bir-birinin üzünə baxmır" — Aparıcıdan tənqid

"Bəzən idarə etdiyim toylarda baxıram və görürəm ki, bəylə gəlinin ünsiyyəti belə yoxdur. Amma toy necə möhtəşəm toydur. Qızla oğlan heç bir-birinin üzünə də baxmır. Ya yaş keçir deyə, ya da valideynlərin təkidi ilə evlənirlər".

 
Bunu aparıcı Vüsalə Əlizadə deyib.
 
Aparıcı idarə etdiyi məclislərdə rastlaşdığı hadisələrdən danışarkən valideynlərə səslənib:
 
"Toyun bahalı olması o demək deyil ki.o gənclər xoşbəxt olacaq. Belə toylardansa balaca məclislər edib, bədxərclik etmədən qalan vəsaitlə gənclərin problemlərini həll etmək lazımdır. Gənclərə bir-birilərini tanıması üçün uzun zaman vermək lazımdır. İndiki gənclərin məsuliyyətsizliyi çox böyükdür. Hamımız səhv etmişik, amma vlalideynlər hər zaman övladlarının yanında olmalıdırlar. Borcu, xərci olan oğlan qızı alıb bədbəxt etməməlidir. Qız desə də onsuz ölərəm, bitərəm, yalandılr, verməyin qızınızı.
 
Gənclər də var ki, illərlə kirayələrdə yaşayırlar, əl-ələ verib özlərinə gələcək qururlar. Zamanla həyatları elə gözəl olur ki... Qızda ağıl olmalıdır, baxmalıdır, görməlidir ki, oğlan pulu hardan, necə qazanır? Birlikdə əl-ələ verib nəsə etmək olar, amma kişi, kişi olmalıdır". (azxəbər.com)
Seçilən
27
1
yenilik.az

2Mənbələr