ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
"Bəzən idarə etdiyim toylarda baxıram və görürəm ki, bəylə gəlinin ünsiyyəti belə yoxdur. Amma toy necə möhtəşəm toydur. Qızla oğlan heç bir-birinin üzünə də baxmır. Ya yaş keçir deyə, ya da valideynlərin təkidi ilə evlənirlər".
AZXEBER.COM xəbər verir ki, bunu aparıcı Vüsalə Əlizadə deyib.
Aparıcı idarə etdiyi məclislərdə rastlaşdığı hadisələrdən danışarkən valideynlərə səslənib:
"Belə toylardansa balaca məclislər edib, bədxərclik etmədən qalan vəsaitlə gənclərin problemlərini həll etmək lazımdır. Gənclərə bir-birilərini tanıması üçün uzun zaman vermək lazımdır. İndiki gənclərin məsuliyyətsizliyi çox böyükdür. Hamımız səhv etmişik, amma vlalideynlər hər zaman övladlarının yanında olmalıdırlar. Borcu, xərci olan oğlan qızı alıb bədbəxt etməməlidir. Qız desə də onsuz ölərəm, bitərəm, yalandılr, verməyin qızınızı.
Gənclər də var ki, illərlə kirayələrdə yaşayırlar, əl-ələ verib özlərinə gələcək qururlar. Zamanla həyatları elə gözəl olur ki... Qızda ağıl olmalıdır, baxmalıdır, görməlidir ki, oğlan pulu hardan, necə qazanır? Birlikdə əl-ələ verib nəsə etmək olar, amma kişi, kişi olmalıdır".
Aysel
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.