ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba-Alpan-Susay-Xınalıq yolunun güclü qar səbəbindən bağlanan hissəsi hələ də açılmayıb.Bizim.Media xəbər verir ki, yolun 30-cu kilometrindən Xınalıq istiqamətində qarın təmizlənməsi işləri davam etdirilir.Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin işçiləri yüksək dağlıq ərazidən keçən yolu 3 metrə yaxın qar qatından təmizləmək üçün ekstremal şəraitdə çalışırlar.Bildirilib ki, qarşıdakı iki gün ərzində yolun tam açılması nəzərdə tutulur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.