AZ

3 metrlik qarla MÜBARİZƏ – Quba-Xınalıq yolu nə vaxt AÇILACAQ? – VİDEO

Qubada martın 29-dan güclü qar səbəbindən bağlanan Alpan–Susay–Xınalıq yolunun açılması istiqamətində işlər davam edir. Susay kəndindən yuxarı hissəsində qarın hündürlüyü 3 metrə çatıb. Bu səbəbdən yol hər iki istiqamətdə bağlanıb.

Ekstremal hava şəraiti vəziyyəti çətinləşdirsə də, Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin əməkdaşları fasiləsiz şəkildə təmizləmə işlərini davam etdirir.

Çəkiliş qrupumuz vəziyyəti yerində müşahidə edib.

Ətraflı Bizim.Media-nın videosüjetində:


Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

Seçilən
22
1
bizim.media

2Mənbələr