ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək. Sport24.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq.
Bakıdakı "Bank Respublika Arena"da təşkil olunacaq görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.
Saat 17:00-da başlayacaq matç "İdman TV" vasitəsilə canlı yayımlanacaq.
18 aprel
Azərbaycan (Qadınlar) – Andorra (Qadınlar)"Bank Respublika Arena". Saat 17:00Baş hakim: Vesna MiletiçBaş hakimin köməkçiləri: Merima Homaraç, Nevena MarkoviçDördüncü hakim: Senida Petak(Hakimlər briqadası Bosniya və Herseqovinadandır)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.