Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Saat 17:00-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
18 aprel
Azərbaycan (Qadınlar) - Andorra (Qadınlar)
“Bank Respublika Arena”. Saat 17:00
Baş hakim: Vesna Miletiç
Baş hakimin köməkçiləri: Merima Homaraç, Nevena Markoviç
Dördüncü hakim: Senida Petak
(Hakimlər briqadası Bosniya və Herseqovinadandır)
saytlarin hazirlanmasi