Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatıvasitələri ilə 456,7 milyon ABŞ dolları dəyərində 213,8 min ton yükdaşınıb.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 206,2 milyon ABŞ dolları və ya 31,1%,həcm ifadəsində isə 493,9 min ton və ya 3,3 dəfə azdır.
Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 21,6 milyonABŞ dolları dəyərində təqribən 32,8 min ton yük ixrac olunub ki,bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyərifadəsində 5,1 milyon ABŞ dolları və ya 32,2%, həcm ifadəsində isə2,5 min ton və ya 8,3% çoxdur.
Bu ilin yanvar-mart aylarında Azərbaycana dəniz nəqliyyatı ilə435,2 milyon ABŞ dolları dəyərində 181 min ton yük idxal olunub ki,bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 211,3 milyon ABŞ dolları və ya 32,7%, həcm ifadəsindəisə 496,4 min ton və ya 3,7 dəfə azdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandayük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dollarıdəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eynidövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları vəya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3%azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon tonyük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyonton və ya 6,4% azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dollarıdəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyardABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21%azdır.