AZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların dəyəri artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtomobil nəqliyyatıvasitələri ilə 3,033 milyard ABŞ dolları dəyərində 1,385 milyon tonyük daşınıb.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 155,8 milyon ABŞ dolları və ya 5,4%çox, həcm ifadəsində isə 14,064 min ton və ya 1% azdır.

Hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 612,4milyon ABŞ dolları dəyərində təqribən 550,6 min ton yük ixracolunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 92,7 milyon ABŞ dolları və ya 17,8%çox, həcm ifadəsində isə 11,7 min ton və ya 2,1% azdır.

Bu ilin yanvar-mart aylarında Azərbaycana avtomobil nəqliyyatıilə 2,420 milyard ABŞ dolları dəyərində 834,7 min ton yük idxalolunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədədəyər ifadəsində 63,2 milyon ABŞ dolları və ya 2,7% çox, həcmifadəsində isə 2,408 min ton və ya 0,3% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandayük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dollarıdəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eynidövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları vəya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3%azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandanümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon tonyük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyonton və ya 6,4% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınmavasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dollarıdəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilineyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyardABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21%azdır.

Məqalədə:
Seçilən
0
14
az.trend.az

10Mənbələr