Bu gün Misli Premyer Liqasında 28-ci tura start veriləcək.
"Yeni Sabah" xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.
Günün digər matçında isə "Neftçi" "Zirə"nin qonağı olacaq. Oyunun start fiti saat 19:30-da veriləcək. Komandaların ilk iki dövrədəki oyunlarında qalib müəyyənləşməyib - 2:2, 0:0.
Telegram kanalımız