AZ

Lənkəranda növbəti ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Aprelin 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq” ili çərçivəsində “Sağlam və dayanıqlı şəhər naminə” adlı növbəti ağacəkmə aksiyası keçirilib. 

"Unikal" xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində baş tutan aksiyada rayonun idarə və müəssisələrinin, xidmət sahələrinin, ictimaiyyətin nümayəndələri, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran Regional “Asan xidmət” mərkəzinin və Lənkəran Gənclər evi Sosial Xidmət Müəssisəsinin  könüllüləri iştirak ediblər. 

Ətraf mühitin qorunması və təbii resursların səmərəli istifadəsini təşviq etmək məqsədilə təşkil olunan ekoloji aksiyada 1 ha ərazidə 600 həmişəyaşıl eldar şamı ağacı əkilib, ağaclar suvarılıb və dayaqlarla bərkidilib.

Bu cür aksiyalar insanların ekoloji problemlər barədə məlumatlılığını artırmaqla yanaşı, onları təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq edir, eyni zamanda cəmiyyətin ekoloji şüurunun formalaşmasında mühüm rol oynayır və daha sağlam, yaşıl gələcəyin qurulmasına xidmət edir.

Qeyd edək ki, “Şəhərsalma və memarlıq” ili çərçivəsində Lənkəran şəhərinin bir sıra park və küçələri əsaslı şəkildə yenilənir, çoxmənzilli yaşayış binalarının fasadları rənglənir, işlər yekunlaşandan sonra şəhərin yeni görünüşü sakinlərimizin zövqünü oxşayacaq. 

Seçilən
0
41
unikal.az

10Mənbələr