AZ

Taleh Qaraşov sakinlərin problemlərini dinlədi - FOTOLAR

Aprelin 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Separadi və Tükəvilə kəndlərinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbulda yerli icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. 

Dövlət başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmindən danışan icra başçısı bildirilib ki, cənab Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahı dayanır ki, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə xidmət edir.

Taleh Qaraşov Separadi və Tükəvilə kəndlərinin sakinlərinin qaldırdığı müraciətlər həssaslıqla dinləyib, onların həlli istiqamətində aidiyyəti üzrə qurumlara tapşırıq və tövsiyələrini verib. İcra başçısı sakinləri narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləciyini qeyd edib. 

Separadi və Tükəvilə kəndlərinin sakinləri fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitdən məmnun qalıblar. Yerli sakinlər çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

 

Seçilən
0
20
unikal.az

10Mənbələr