AZ

Valentina Matviyenko: Moskva ilə Bakı arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılır

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının nəticələrinin yekun həlli Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün yeni imkanlar açır.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşü zamanı verib.

Siyasətçi bildirib: “Dünən hökumətlərimizin faciəli təyyarə qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı yekun qərar verməsi bizi çox məmnun etdi. Biz həmin mərhələni başa vurduq və bu, Rusiya-Azərbaycan qarşılıqlı faydalı münasibətlərinin daha da inkişafı üçün yeni imkanlar açır”.

Matviyenko Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətli potensiala malik olduğunu və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, həmçinin parlamentlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.

Görüş İstanbulda Parlamentlərarası Birliyin 152-ci Assambleyası çərçivəsində baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
yeniazerbaycan.com

4Mənbələr