AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasının nəticələrinin yekun həlli Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün yeni imkanlar açır.
Bu açıqlamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşü zamanı verib.
Siyasətçi bildirib: “Dünən hökumətlərimizin faciəli təyyarə qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı yekun qərar verməsi bizi çox məmnun etdi. Biz həmin mərhələni başa vurduq və bu, Rusiya-Azərbaycan qarşılıqlı faydalı münasibətlərinin daha da inkişafı üçün yeni imkanlar açır”.
Matviyenko Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətli potensiala malik olduğunu və müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, həmçinin parlamentlərarası əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
Görüş İstanbulda Parlamentlərarası Birliyin 152-ci Assambleyası çərçivəsində baş tutub.
ZÜMRÜD