İran və ABŞ arasında diplomatik danışıqların ikinci raundunun gələn həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir.Bu barədə “Geo News” telekanalı məlumat yayılıb.
Məlumata görə, Pakistan hakimiyyəti görüşlə bağlı hazırlıqlara başlayıb, aidiyyəti qurumlara logistik təminat və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstərişlər verilib.
Mənbələrin bildirdiyinə görə, ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiven Uitkoff və Cerad Kuşner daxil ola bilər. İran tərəfini isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçinin təmsil edəcəyi gözlənilir.