AZ

İslamabad görüşlərinin növbəti raundu bu tarixdə keçiriləcək » AzadMedia.az


İran və ABŞ arasında diplomatik danışıqların ikinci raundunun gələn həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçiriləcəyi gözlənilir.

Pakistan hökuməti artıq mühüm görüş üçün hazırlıqlara başlayıb.

Anonim mənbələrin məlumatına görə, rəsmi İslamabad aidiyyəti qurumlara görüşün yüksək səviyyədə təşkili, logistik təminat və təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı xüsusi göstərişlər verib.

Məlumata görə, ABŞ tərəfini vitse-prezident Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiven Uitkoff və Cerad Kuşnerin təmsil edəcəyi bildirilir. İran tərəfindən isə danışıqlar masasına parlamentin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçinin əyləşəcəyi gözlənilir.

Xatırladaq ki, aprelin 11-12-də keçirilən ilk raundda tərəflər bir sıra fundamental məsələlərdə razılığa gələ bilməmişdilər.
Seçilən
1
2
azadmedia.az

5Mənbələr