Bakı. Trend:
Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 98 faiztamamlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanlarıİdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, kvota üzrə cəmi 2 faiz boş yer qalıb:
"Kvota üzrə yerlərin bu gün tamamlanacağı gözlənilir. Kvotatamamalansa, bu gün sənəd qəbulu dayandırılacaq. Sənəd qəbulu başaçatdıqdan sonra ətraflı məlumat veriləcək.
Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvarqrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir".
Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verəngərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini dəaçıqlamışdı:
"Hazırda regionda baş verən gərginliklərlə bağlı heç birdəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyatprosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur,gündəlik müraciətlər qeydə alınır", - deyə o bildirmişdi.