Bakı. Trend:
Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 95 faiztamamlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanlarıİdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektronsistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulu aprelayının ortalarına qədər aparılacaq:
"Mrüaciət edənlər arasında uşaqlar, eyni zamanda məşhur şəxslərdə var. sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumatveriləcək. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həminzəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu ilüçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir".
Xatırladaq ki, Vüsal Cahangiri daha əvvəl regionda baş verəngərginliyin Həcc ziyarəti üçün müraciətlərə təsir etmədiyini dəaçıqlamışdı:
"Hazırda regionda baş verən gərginliklərlə bağlı heç birdəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyatprosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur,gündəlik müraciətlər qeydə alınır", - deyə o bildirmişdi.