Bu gün səhər neft qiymətləri əvvəlki sessiyada kəskin enişdən sonra yüksəlib.
"Yeni Sabah" xəbər verir ki, London "ICE Futures" birjasında iyun ayı üçün "Brent" markalı neft fyuçerslərinin qiyməti 0,85 dollar (0,9%) artaraq barel üçün 95,64 dollar təşkil edib.
Bir gün əvvəl müqavilə 4,57 dollar (4,6%) azalaraq barel üçün 94,79 dollara çatıb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində may ayı üçün WTI xam neft fyuçersləri bu vaxta qədər barel üçün 0,20 dollar (0,22%) artaraq 91,48 dollar təşkil edib. Əvvəlki sessiyada bu müqavilələrin qiyməti 7,80 dollar (7,87%) azalaraq barel üçün 91,28 dollara çatıb.
Telegram kanalımız