EN

Neft qiymətləri yenidən yükəlir

Bu gün səhər neft qiymətləri əvvəlki sessiyada kəskin enişdən sonra yüksəlib.

"Yeni Sabah" xəbər verir ki, London "ICE Futures" birjasında iyun ayı üçün "Brent" markalı neft fyuçerslərinin qiyməti 0,85 dollar (0,9%) artaraq barel üçün 95,64 dollar təşkil edib.

Bir gün əvvəl müqavilə 4,57 dollar (4,6%) azalaraq barel üçün 94,79 dollara çatıb.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində may ayı üçün WTI xam neft fyuçersləri bu vaxta qədər barel üçün 0,20 dollar (0,22%) artaraq 91,48 dollar təşkil edib. Əvvəlki sessiyada bu müqavilələrin qiyməti 7,80 dollar (7,87%) azalaraq barel üçün 91,28 dollara çatıb.


Telegram kanalımız
Chosen
33
yenisabah.az

1Sources