Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanınAugusta limanında CIF bazasında əvvəlki göstəricidən 7,27 ABŞdolları və ya 5,78% ucuzlaşaraq 118,56 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 6,98 dollar və ya 5,77%ucuzlaşaraq 114,04 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 7,37 dollar və ya 7,72% azalaraq 88,15 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,02 dollar vəya 6,04% azalaraq 124,72 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin ortaqiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.