AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanınAugusta limanında CIF bazasında əvvəlki göstəricidən 5,05 ABŞdolları və ya 4% ucuzlaşaraq 119,98 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 5,04 dollar və ya 4,2%ucuzlaşaraq 114,84 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 5,31 dollar və ya 5,6% azalaraq 89,50 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,86 dollar vəya 4,44% azalaraq 126,11 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin ortaqiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Məqalədə:
Seçilən
3
18
az.trend.az

10Mənbələr