AZ

ABŞ Lukoil üçün bu güzəştlərin müddətini uzatdı

ABŞ Lukoil şirkətinin Rusiyadan kənardakı yanacaqdoldurma məntəqələri şəbəkəsinin fəaliyyətini davam etdirməsinə imkan verən xüsusi güzəşt müddətini uzadıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu, 2025-ci ildə Rusiyanın əsas neft şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan məhdud güzəştə aiddir.

Məlumata görə, güzəşt artıq 29 oktyabr 2026-cı ilə qədər qüvvədədir və Avropa, Orta Asiya, Yaxın Şərq və Amerikada təxminən 2000 yanacaqdoldurma məntəqəsini əhatə edir.

2025-ci ilin oktyabrında Vaşinqton Moskvanın Ukraynaya qarşı müharibə aparmaq üçün istifadə edə biləcəyi gəlirləri azaltmaq üçün Lukoil və Rosneft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Lakin Avropadakı Rusiya yanacaqdoldurma məntəqələri şəbəkəsinin tamamilə bağlanması yanacaq bazarlarında ciddi problem yarada bilərdi. Buna görə də ABŞ şirkətə məhdud həcmdə fəaliyyət göstərməyə icazə vermək imkanını saxlayıb. Reuters xəbər verir ki, icazənin uzadılması ilə yanaşı, ABŞ hakimiyyəti şirkətin Bolqarıstandakı  və Rumıniyadakı neft emalı aktivləri, o cümlədən Lukoil Neftexim Burqas müəssisəsi ilə müəyyən əməliyyatlara icazə verən ayrıca lisenziya verib.

Musavat.com

Seçilən
1
5
musavat.com

6Mənbələr