"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) gümüş fyuçersləri üzrə qiymət artımı qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə TASS ticarət platformasının məlumatlarına istinadla məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin may ayı üzrə çatdırılma müqavilələrində gümüşün 1 troya unsiyası 18 martdan bəri ilk dəfə 80 dollar həddini ötüb.
Ticarət sessiyasının gedişatında 0,98% bahalaşma müşahidə olunaraq qiymət 80,315 dollara yüksəlib.