Birjalarda troya unsiyası (31,1 qram) üçün qızıl fyuçerslərinin qiyməti artıb.
Oxuməni.az-ın birja məlumatlarına istinadən verdiyi məlumata görə, Nyu-York Ticarət Birjasında (COMEX) 2026-cı ilin iyun ayı üçün qızıl fyuçerslərinin troya unsiyası üçün qiyməti 2,06% artaraq 4829,70 dollara çatıb.
COMEX-də 2026-cı ilin may ayı üçün gümüş fyuçerslərinin unsiya üçün qiyməti də 6,62% artaraq 76,755 dollara çatıb.
Almaz Həsənli