AZ

Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.

Publika.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gəlib.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"ya məğlub olub: - 1-2. Xatırladaq ki, Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ-yə (Fransa) məğlub olub: 0-2. Xatırladaq ki, Parisdəki ilk oyunda da Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Seçilən
4
10
publika.az

10Mənbələr