UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.


Rekord.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.


İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.


Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ (Fransa) ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.


UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

14 aprel


23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)

İlk oyun - 2:0


23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 0:2


Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.