AZ

“Oğlum sağdır”: 80 yaşlı ananın ölən oğlunu klonla ƏVƏZLƏDİLƏR

Çində ailə dünyasını dəyişən yaxınlarını süni intellekt avatarları ilə əvəz edib.

İnterpress.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Çində baş verən hadisə hər kəsi heyrətləndirib.

Belə ki, 2025-ci ilin əvvəlində qəza nəticəsində dünyasını dəyişən şəxsin ailəsi, onun 80 yaşlı anasının bu xəbərdən sarsılmaması üçün qeyri-adi üsula əl atıb.

Yaxınları mərhumun foto və videolarını toplayaraq onun rəqəmsal klonunu (süni intellekt avatarını) hazırladıblar.

İndi süni intellekt klonu mütəmadi olaraq yaşlı qadınla əlaqə saxlayır. O, anasına yazır, zəng edir və hətta videozənglərə qoşulur.

Klon, başqa şəhərdə işlədiyi üçün anasının yanına gələ bilmədiyini bəhanə gətirərək onu aldatmağa davam edir.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
33
interpress.az

10Mənbələr