AZ

Rusiyada “Dvoynik” adlı robot-snayper sistemini TƏQDİM ETDİ

Rusiyada süni intellektlə idarə olunan “Dvoynik” adlı robotlaşdırılmış snayper kompleksi istehsal edilir.

İnterpress.az xəbər verir ki, bu barədə TASS “Lobaev Arms” şirkətinə istinadən məlumat yayıb.

Rusiyalı silah istehsalçıları süni intellekt sistemi ilə idarə olunan “Dvoynik” adlı yeni robotlaşdırılmış snayper kompleksini hazırlayıblar.

Şirkətdən verilən məlumata görə, yeni nəsil silahın artıq kütləvi istehsalına başlanılıb.

“Dvoynik” kompleksi xüsusi elektrik ötürücülü tətik və qıfıl mexanizmi ilə təchiz edilib. Bu da güllənin lülədən çıxmasından sonra yenidən doldurulmasını təmin edir və atəş sürəti operator tərəfindən idarə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr