Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Almaniya avtomobil istehsalçısı Mercedes-Benz özünün flaqman elektromobili olan EQS modelinin növbəti restaylinq versiyasını nümayiş etdirib. Şirkət bazarda gözlənilən marağı tam qarşılaya bilməyən bu modelin mövqelərini möhkəmləndirmək üçün qısa müddət ərzində ikinci dəfə yenilənməyə gedib.Demokrat.az xəbər verir ki, yeni modeldə ən diqqətçəkən məqamlardan biri əlavə ödənişlə təklif olunan "steer-by-wire" sistemidir. Bu texnologiya sükan çarxı ilə təkərlər arasında mexaniki əlaqəni aradan qaldıraraq idarəetməni tamamilə elektrik sistemi üzərindən həyata keçirir. Belə olduqda avtomobildə alışılmış sükan əvəzinə xüsusi şturval quraşdırılır.Texniki göstəricilər baxımından EQS ciddi təkamül keçirib. Avtomobil 800 voltluq elektrik arxitekturasına keçid edib. Dartı akkumulyatorunun qabaritləri dəyişməsə də, tutumu 118-dən 122 kVt/saata qədər artırılıb. Həmçinin avtomobildə "Airmatic" asqı sistemi tətbiq olunub. Bu sistem digər Mercedes-Benz modellərindən gələn məlumatlar əsasında yoldakı maneələri öncədən müəyyən edərək amortizatorların sərtliyini tənzimləyir. Analoji texnologiyadan bir qədər əvvəl yenilənmiş S-klas modelində də istifadə edilmişdi.Xarici görünüşdəki dəyişikliklər yenilənmiş bamperlər, fərqli radiator barmaqlığı və daha səmərəli işıqlandırma sistemi ilə tamamlanır. Yeni optikanın əvvəlki versiya ilə müqayisədə 40 faiz daha effektiv olduğu bildirilir. Model sırasına müxtəlif güc göstəricilərinə malik EQS 400, EQS 450+, EQS 500 və EQS 580 modifikasiyaları daxildir. Gücü 585 at qüvvəsinə çatan yüksək versiyalar iki mühərrikli tam ötürücü sistemlə təchiz olunub.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.