AZ

Yeni X5 hidrogenlə də işləyəcək

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

BMW şirkətinin əfsanəvi X5 modelinin yeni nəsli haqqında maraqlı təfərrüatlar bəlli olub. 2026-cı ilin ortalarında təqdim ediləcəyi gözlənilən krossover 2027-ci ildən satışa çıxarılacaq.Demokrat.az xəbər verir ki, avtomobil həm xarici görünüşü, həm də texniki imkanları ilə inqilabi yeniliklər vəd edir.Yeni X5-in dizaynı "Neue Klasse" konsepsiyası əsasında tamamilə yenidən işlənib. Ənənəvi radiator barmaqlıqları daha şaquli və ifadəli formaya salınıb, faralar isə X formalı gündüz işıqları ilə təchiz edilib. Kuzovun yan hissələri indiki modellə müqayisədə daha hamar və sadə xətlərə sahibdir. Bu dizayn yanaşması avtomobili sələfindən çox, brendin yeni i3 sedanına bənzədir.Modelin tarixində ilk dəfə olaraq alıcılara beş fərqli güc qurğusu variantı təklif ediləcək. Rasiona ənənəvi benzin və dizel mühərrikləri ilə yanaşı, təkrar doldurulan hibrid (PHEV), tam elektrikli versiya və hətta hidrogen yanacaq elementləri ilə çalışan model daxildir. Ənənəvi mühərrikli xəttdə 2.0 litrlik turbo aqreqat və 3.0 litrlik sıralı altılıqla yanaşı, flaqman X5 M üçün 4.4 litrlik V8 mühərrikinin saxlanılacağı ehtimal olunur.Tam elektrikli modifikasiya "iX5" adlanacaq və onun ən azı altı variantda təqdim edilməsi planlaşdırılır. Bazavı iX5 eDrive40 modelinin 340 at gücünə malik olacağı, ən güclü iX5 M60 versiyasının isə 600 at gücü hasil edərək 100 km/saat sürəti cəmi dörd saniyəyə yığacağı gözlənilir.İnteryerdə isə əsas diqqəti "BMW Panoramic iDrive" multimedia sistemi çəkir. Bu sistem mərkəzi sensor ekranı və ön şüşənin aşağı hissəsini tam əhatə edən geniş displeyi özündə birləşdirir. Müasir texnologiyalarla təchiz edilən salon Apple CarPlay və Android Auto sistemlərini simsiz dəstəkləyəcək.İslam

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr