Türkiyə Super Liqasında Sona 5 tur qalmış lider "Qalatasaray"la xal fərqini minimuma endirən "Fənərbağça"da çempionluq üçün bütün imkanlar səfərbər edilib.
Fanat.Az xəbər verir ki, klub prezidenti Sadəttin Saran futbolçuların bütün yığılıb qalmış borclarının ödənilməsi üçün dərhal göstəriş verib.
Camianın öndə gələn simalarının dəstəyi ilə qalan 5 oyunda qələbə qazanılacağı təqdirdə komandaya 10 milyon avro məbləğində rekord mükafat paylanacaq.
Bu addım futbolçuların ruh yüksəkliyini artırmaq və çempionluq yolunda maneələri aradan qaldırmaq məqsədi daşıyır. Azarkeşlər bu tarixi qərardan sonra komandadan yalnız qələbə seriyası gözləyirlər.