AZ

Fənərbağça dan 10 milyonluq hərəkət: 12 illik həsrət belə bitəcək?

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə Super Liqasında Sona 5 tur qalmış lider "Qalatasaray"la xal fərqini minimuma endirən "Fənərbağça"da çempionluq üçün bütün imkanlar səfərbər edilib.

Fanat.Az xəbər verir ki, klub prezidenti Sadəttin Saran futbolçuların bütün yığılıb qalmış borclarının ödənilməsi üçün dərhal göstəriş verib.

Camianın öndə gələn simalarının dəstəyi ilə qalan 5 oyunda qələbə qazanılacağı təqdirdə komandaya 10 milyon avro məbləğində rekord mükafat paylanacaq.

Bu addım futbolçuların ruh yüksəkliyini artırmaq və çempionluq yolunda maneələri aradan qaldırmaq məqsədi daşıyır. Azarkeşlər bu tarixi qərardan sonra komandadan yalnız qələbə seriyası gözləyirlər.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
fanat.az

2Mənbələr