Paris Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınmasını dəstəmir və beynəlxalq sularda bu cür hərəkətləri qanunsuz hesab edir.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro RFI efirində bəyanatla çıxış edib.
"Beynəlxalq sularda gəmiçilik bəşəriyyətin ümumi sərvətidir. Buna görə də bu blokada mümkün qədər tez aradan qaldırılmalıdır", - deyən nazir əlavə edib.
O bildirib ki, faktiki olaraq hər iki tərəfi eyni təzyiq rıçağından istifadə edərək növbə ilə boğazı bağlayırlar.
Barro xəbərdarlıq edib ki, uzunmüddətli blokada dünya iqtisadiyyatına və vətəndaşların alıcılıq qabiliyyətinə ciddi ziyan vuracaq:
"Biz bu münaqişənin dünya iqtisadiyyatını girov götürməsinə icazə verə bilmərik".
Eyni zamanda, Fransa Böyük Britaniya ilə birlikdə yaxın günlərdə ticarət gəmilərinin boğazdan keçidinin müşayiət olunmasının təşkili ilə bağlı konfrans keçirəcək.
Barronun sözlərinə görə, bir çox ölkə bu təşəbbüsə maraq göstərib, lakin bir şərtlə ki, missiya "ciddi şəkildə müdafiə xarakterli" olsun, həmçinin İran və Omanla koordinasiya edilsin.
Musavat.com