ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot mülki və enerji infrastrukturuna hücumların "müharibə qaydaları və beynəlxalq hüquqla qadağan olunduğunu" və bunun İranın cavab tədbirlərinə səbəb ola biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Armenpress Associated Press-ə istinadən yayıb.
Nazir bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın çərşənbə axşamı İrana mümkün zərbələr üçün müəyyən etdiyi son tarixdən əvvəl verib.
7 aprel səhəri "France Info" kanalına açıqlamasında Barrot deyib:
"İrandakı müharibə kontekstində bu, şübhəsiz ki, regionu və qlobal iqtisadiyyatı dərin narahatlıq doğuran və hər şeydən əvvəl öz maraqlarımıza son dərəcə zərərli olan qasırğa dairəsinə sürükləyəcək yeni eskalasiya mərhələsinə, cavab tədbirlərinə gətirib çıxaracaq. Artıq yanacaq qiymətlərində kəskin artım müşahidə edirik. İranın enerji obyektlərinə hücum edilərsə, İran rejimindən cavab tədbirləri gözləyə bilərik ki, bu da onsuz da narahatedici olan vəziyyəti daha da ağırlaşdıracaq", – deyə Jean-Noel Barrot əlavə edib.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.