AZ

Kamal Kılıçdaroğluna həbs cəzası verildi

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi ifadəyə görə 11 ay 20 gün müddətinə həbs cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, qərar Mersin Məhkəməsində çıxarılıb. Kılıçdaroğlu “Prezidenti təhqir etmək” maddəsi ilə təqsirli bilinib.

Onun vəkili Cəlal Çəlik qərarla razılaşmadıqlarını və hökmü apellyasiya instansiyasına daşıyacaqlarını bildirib.

Bizim.Media

Seçilən
15
9
bizim.media

10Mənbələr