AZ

Kamal Kılıçdaroğluna həbs CƏZASI

CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi ifadəyə görə 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

"Cebheinfo.az" xəbər verir ki, hökm Mersin 3-cü Cinayət Məhkəməsində baxılan iş üzrə verilib.

Məhkəmə Kılıçdaroğlunu "prezidenti təhqir etmək"də günahlandıraraq 11 ay 20 gün həbs cəzasına məhkum edib.

Kılıçdaroğlunun vəkili Cəlal Çelik "Yanıçağ"-a bildirib ki, onlar qərarı qəbul etmirlər və onu "siyasi qərar" hesab edirlər:

"Biz tamamilə ədalətsizliklə üzləşirik. Bu qərar qəbuledilməzdir. Bu qanunsuz qərara qarşı apelyasiya şikayəti verəcəyik və apelyasiya şikayəti ilə ləğv ediləcəyinə əminik. Bu, qəbuledilən bir qərar deyil".

Xəzər

"Cebheinfo.az"

Seçilən
14
9
cebheinfo.az

10Mənbələr