ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə bağlanmış müqavilə çərçivəsində “İşquz dövləti” adlı 3 seriyalı bədii-sənədli filmin istehsalına başlanıb.
Kulis.az xəbər verir ki, filmin xronometrajı 75 dəqiqə nəzərdə tutulub. Layihənin ideya müəllifi və ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənli, layihə rəhbəri və baş prodüseri Azər Aydəmir, icraçı prodüseri isə Ülviyyə Könüldür.
Filmin quruluşçu rejissoru Elvin Əhmədoğlu, görüntü rejissoru Cavid Aslanov, quruluşçu rəssamı Vüqar Qurbanov, ikinci rejissoru Müşfiq Mirzə, xətt prodüserləri Tofiq Musayev və Anar Əmirov, baş redaktoru Etibar Məmmədov, səs rejissoru Morteza Nacafli, geyim rəssamı Ləman Süleymanlı, qrafik dizayneri Rövşən Abıyev, qrim rəssamı isə Adelya Alıyevadır.
Film qədim İşquz (skif) dünyasının formalaşmasını, tayfaların birləşərək dövlətə çevrilmə yolunu və bu prosesdə verdikləri mübarizəni ekrana gətirəcək. Süjet xətti İşpakay sərkərdənin ölümündən sonra yaranan parçalanma fonunda Bartatua adlı yeni liderin yüksəlişi və tayfaları bir araya gətirməsi üzərində qurulub.
Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri
Azərbaycanlı yazıçının əsəri beynəlxalq ədəbi portalda
Yalçın Küçük vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.