AZ

“İşquz dövləti”: Qədim tayfaların birləşmə hekayəsi ekranlaşdırılır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə bağlanmış müqavilə çərçivəsində “İşquz dövləti” adlı 3 seriyalı bədii-sənədli filmin istehsalına başlanıb.

AZƏRTAC xəbər verir ki, filmin xronometrajı 75 dəqiqə nəzərdə tutulub. Layihənin ideya müəllifi və ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənli, layihə rəhbəri və baş prodüseri Azər Aydəmir, icraçı prodüseri isə Ülviyyə Könüldür.

Filmin quruluşçu rejissoru Elvin Əhmədoğlu, görüntü rejissoru Cavid Aslanov, quruluşçu rəssamı Vüqar Qurbanov, ikinci rejissoru Müşfiq Mirzə, xətt prodüserləri Tofiq Musayev və Anar Əmirov, baş redaktoru Etibar Məmmədov, səs rejissoru Morteza Nacafli, geyim rəssamı Ləman Süleymanlı, qrafik dizayneri Rövşən Abıyev, qrim rəssamı isə Adelya Alıyevadır.

Film qədim İşquz (skif) dünyasının formalaşmasını, tayfaların birləşərək dövlətə çevrilmə yolunu və bu prosesdə verdikləri mübarizəni ekrana gətirəcək. Süjet xətti İşpakay sərkərdənin ölümündən sonra yaranan parçalanma fonunda Bartatua adlı yeni liderin yüksəlişi və tayfaları bir araya gətirməsi üzərində qurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
3
azertag.az

5Mənbələr