AZ

Yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 14-ü gündüzdən 15-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Day.az-a verilən məlumata görə, məlumatına əsasən yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
9
49
day.az

10Mənbələr