AZ

İntensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

İntensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

Aprelin 14-ü gündüzdən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var. Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin fasilələrlə aprelin 15-i səhərədək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara və sürücülərə yollarda diqqətli olmağı, sel ehtimalı olan ərazilərdən uzaq durmağı tövsiyə edir.

Seçilən
11
49
afn.az

10Mənbələr